İranın Azərbaycandakı gizli adamları: Təxribat planları...

saytların hazırlanması

Evə çatdırılma

İranın Azərbaycandakı gizli adamları: Təxribat planları...

Siyasət

06 Mart 2026 08:37 1091


İranın Naxçıvan hücumu rejimin Azərbaycana qarşı təhdidlərin praktiki müstəvidə icrasının başlanğıcı kimi qəbul oluna bilər və təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyi də istisna edilməməlidir.

Əsas istiqamətlərdən biri də İran rejiminin Azərbaycan daxilindəki hücrələridir. SEPAH tərəfindən yaradılmış “Hüseyniyyun” qruplaşmasının koordinasiya etdiyi bu hücrələr 2015-ci il Nardaran, 2018-ci il Gəncə hadisələrindən sonra böyük ölçüdə sıradan çıxarıldı.

Rejim Azərbaycanda əvvəlki gücünü bərpa edə bilməsə də, hələ də müəyyən hücrələr qalır, həlledici məqamlarda informasiya müstəvisində aktivləşmələri də bunu deməyə əsas verir. (Söhbət inanclı şiələrdən yox, Xomeyniçiliyə biət edənlərdən gedir). pizza sifarişi

İranda ilin əvvəlində başlanan etirazlarda, hazırda davam edən müharibədə və rejimin Naxçıvana hücumuna reaksiyalarda bunu aydın görmək mümkündür.

İrana xidmət edənlər indi heç olmadıqları qədər təhlükə mənbəyinə çevrilib, çünki “ölüm-qalım” mübarizəsi aparan rejim total müharibə məntiqi ilə bütün regionu xaosa sürükləməyə çalışır. Bunu hava hücumları ilə edirlərsə, qarşıdakı günlərdə hücrələri hərəkətə gətirərək, müxtəlif təxribat planları da həyata keçirə bilərlər.

Naxçıvana hücumdan öncə İran rejiminə bağlı olanların “Vatsap” üzərindən yaydıqları “xəbərdarlıq” mesajları – “Azərbaycanın ABŞ-İsrail hücumlarında iştirak edəcəyi, xalqımızı qırğına verəcəyi” iddiaları da bu kontekstdə diqqət çəkir. Cəmiyyət olaraq, daha ayıq olmalıyıq!

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!