“İranın cavabı həmişə verilib, bundan sonra da veriləcək”

saytların hazırlanması

Evə çatdırılma

“İranın cavabı həmişə verilib, bundan sonra da veriləcək”

Siyasət

06 Mart 2026 08:56 407


“Azərbaycan müstəqil olduğu gündən İran bizə qarşı mövqe tutub. İran ölkəmizin müstəqilliyini həzm edə bilmir. İran Azərbaycanın onun iradəsi ilə hərəkət etməyini istəyir”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Media Türk TV”yə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib.

Siyasətçi rəsmi Tehranın bu arzusunun heç vaxt həyata keçməyəcəyini bildirib: Marqarita pizza

“Azərbaycanın potensialı imkan vermir ki, kiminsə sözü ilə oturub-dursun. İranın cavabı həmişə verilib, bundan sonra da veriləcək”.

İsa Qəmbər deyib ki, İranın qonşu dövlətləri hədəfə götürməkdə əsas məqsədi müharibəni daha geniş coğrafiyaya yaymaqdır:

“İran yaxın Şərqi qana boyamaq istəyir. Azərbaycanın hədəfə götürülməsi də bu siyasətin tərkib hissəsidir. Bölgədə gərginlik artan xətt üzrə inkişaf edir. Azərbaycan hakimiyyəti bütün variantlara hazır olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!