İranın “əxlaq polisi” qayıdır

saytların hazırlanması

Evə çatdırılma

İranın “əxlaq polisi” qayıdır

Hadisə

18 İyul 2023 07:22 1181


İran rəsmiləri əxlaq polisinin yenidən küçələrə qayıdacağını və ölkədəki hicab qanunlarına riayət olunmasına nəzarət edəcəklərini bildirib.

Ötən il 22 yaşlı Məhsa Amininin polis məntəqəsində öldürülməsindən sonra baş qaldıran ümummilli etirazların ardınca əxlaq polisi küçələrdən yığışdırılmışdı. Amini əxlaq polisi tərəfindən baş örtüyünü bir az açıq geyindiyinə görə saxlanılmışdı.

Küçələrdə etirazlar səngisə də, İranda çox sayda qadınlar Amininin ölümündən bəri məcburi hicaba etiraz ediblər. pizza hut

FARAJA kimi tanınan İran polis qüvvələrinin sözçüsü Səid Müntəzir əl-Mehdi əxlaq polisnin guya ictimai tələb əsasında küçələrə qaytarıldığını bildirib. O deyib ki, “qeyri-ənənəvi geyim” nümayiş etdirən şəxslərə qarşı ölçülər götürüləcək.

İranda 1979-cu ildə Ruhulla Xomeyninin rəhbərliyi altında islamçı qüvvələrin hakimiyyətə gəlməsindən sonra qadınlara başıaçıq gəzmək qadağan olunub.

Aminin ölümünün ardınca baş verən kütləvi etirazlar hökumətin sərt ölçüləri nəticəsində yatırılıb, yüzlərlə adam ölkənin təhlükəsizlik qüvvələri tərəfindən, öldürülüb, həbs edilib, və işgəncəyə məruz qalıb.

May ayında BMT İnsan Haqları Kommissarı İran hökumətini məcburi hicab qanunlarını dekriminallaşdrımağa çağırıb. Kommissar etirazların yatərılmasından sonar qadınlara geyimlərinə görə basqıların artıdğını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!