İranın növbəti prezidenti kim olacaq? - “Əliyevlə danışıqlar aparıb, Şeyxlə görüşüb”

saytların hazırlanması

Evə çatdırılma

İranın növbəti prezidenti kim olacaq? - “Əliyevlə danışıqlar aparıb, Şeyxlə görüşüb”

Siyasət

10 İyun 2024 15:45 975


“Gözlənildiyinin əksinə olaraq, Nəzarətçilər Şurasının qərarı iyunun 11-də yox, iyunun 9-da elan olundu. 80 iddialıdan cəmi 6 nəfər prezidentliyə namizəd kimi qeydə alındı. Siyahıdakı şəxslərin: Mustafa Purməhəmmədi, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf, Məsud Pezeşkian, Əlireza Zakani və Əmirhüseyn Qazizadə Haşiminin İran prezidenti olmaq şansları fərqlidir”.

Yenisabah.az xəbər verir ki, bunu iranşünas-yazar Əziz Rzazadə deyib.

O, iyunun 28-də İranda keçiriləcək seçkilərin nəticələrinə dair proqnozlarını səsləndirib:  Marqarita pizza

“Siyahının sonundan başlasaq, Əlirza Zakani və Əmirhüseyn Qazizadə Haşimi 2021-ci ildə keçirilmiş prezidentlik marafonunda artıq iştirak ediblər. Zakani namizədliyini geri götürərək sonradan Tehran meri oldu, Qazizadə Haşimi isə cəmi 4, 03% (1 003 650) səs toplaya bildi. Yəni bu iki şəxs böyük sosial bazaya malik deyillər, buna görə seçki marafonunda onlardan hər hansı birinin digər namizədin xeyrinə geri çəkilməsi ehtimalı gözləniləndir. Mən hətta Mustafa Purməhəmmədini də bu sıraya qoyuram. Doğrudur, onun karyerasında bir sıra nazir vəzifələri var və hələ nəyəsə ümid edə bilər”.

Ekspertin fikrincə, altılıqdakı digər namizədlər daha bəxtlidir:

“İlk növbədə, Səid Cəlilinin prezident seçkilərində qalib gəlmək şansı yüksəkdir. Lakin o, yalnız mühafizəkar cinahın arasında populyardır, böyük seçici kütləsini səfərbər etməsi müəyyən qədər şübhə doğurur. İrandan kənar dünya, xüsusən, Qərb indidən Cəlilinin seçilməsindən ehtiyat edir. Çünki Səid Cəlili bir sıra mühüm vəzifələri tutmaqla yanaşı, sərt mövqeyi ilə nüvə danışıqlarına rəhbərlik edib. Hətta haqqında bu şayiə gəzir: guya nüvə danışıqları zamanı qərbli danışıqçılar İrana hücum edəcəkləri ilə hədələdikləri zaman Səid Cəlili (sağ) protez ayağını çıxarıb masaya qoyur: “Mən bu ayağımı əvvəlki (İraq-İran – red.) müharibədə itirmişəm, lazım gələrsə, o biri ayağım da qurban verərəm”. Bunu deyəndən sonra o, danışıqlar zalını tərk edir...

Bu siyasi rəvayəti kənara qoysaq, Səid Cəlilinin bir neçə seçkidə prezidentliyə namizədlik təcrübəsi var, həmişə də mövcud iqtidarlara alternativ “kölgə hökuməti” qurub. 

O, 2007-ci ildə Vladimir Putinlə görüşmüş nadir İran siyasətçilərdən biridir. 2013-cü ilin fevralında Səid Cəlili Ali Milli Təhlükəsizlik Şurasının katibi qismində Bakıda İlham Əliyevlə danışıqlar aparıb, həmin ilin mayında isə Tehranda Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Cəlili İranda harizmalı şəxs kimi tanınır. Amma o, natiqliyi və proqramı ilə budəfəki seçkidə yetərincə səs qazana biləcəkmi?

Xatırladım ki, 2013-cü ildə Həsən Ruhani ilə yarışda Cəlili cəmi 4 milyon seçici səsi (11,35%) almışdı.

İran parlamentinin hazırkı sədri Məhəmməd Baqir Qalibaf da mühafizəkar cinahın nümayəndəsi kimi tanınır. İlk baxışda, Qalibafa Cəlilinin şansları bərabər görünür, lakin spikerin natiqlik bacarığı zəifdir, adı da son vaxtlar ailə üzvləri ilə bağlı bir sıra qalmaqallarda hallanıb.

Nəhayət, Məsud Pezeşkian prezident seçkilərində sürpriz addır. Onun islahatçı cinaha mənsubluğu şübhə doğurmur, müxtəlif qeyri-fars etnik qruplar arasında da şöhrət qazanıb. Pezeşkian islahatçı mövqedə duran seçicilərin böyük dəstəyini qazana bilər. İlkin proqnozla bu namizədin üçüncü yeri tutması söylənilir.

Bəzi iranlı müşahidəçilər indidən prezident seçkilərində ikinci turu labüd sayır. Mümkün ssenaridir, lakin zamanı tələsdirməyə dəyməz”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!