Əli Laricani: “ABŞ ilə danışıqlar olmayacaq” -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Əli Laricani: “ABŞ ilə danışıqlar olmayacaq” - YENİLƏNDİ

Dünya

02 Mart 2026 09:19 377


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, sosial media hesabında yazıb: "ABŞ ilə danışıqlar aparmayacağıq".

Laricani ABŞ prezidenti Donald Trampın "yalançı ümidləri" ilə "bölgəni xaosa sürüklədiyini" və "indi Amerikanın daha çox hərbi itkisindən narahat olduğunu" qeyd edib. Sezar pizza

Xatırladaq ki, "The Atlantic"ə verdiyi müsahibədə Tramp İran rəhbərliyinin ABŞ-İsrail hücumlarından sonra danışıqlara hazır olduğunu və dialoq təklifini qəbul etmək niyyətində olduğunu bildirib.

***

09:08

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-yə nüvə proqramı ilə bağlı danışıqların bərpasını təklif edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təklif Oman vasitəsilə Vaşinqtona çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!