İranın yeni prezidenti peyvənd olundu

saytların hazırlanması

Evə çatdırılma

İranın yeni prezidenti peyvənd olundu

Dünya

09 Avqust 2021 07:18 884


İranda koronavirus infeksiyasının geniş yayılması ilə yanaşı, ölkədə vətəndaşlara peyvənd vurulması prosesi davam edir.

“Yeni Sabah” xəbər verir ki, avqustun 8-də İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi peyvənd vurdurub. İran Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, Prezident İranın milli istehsalı olan “Cov İran Barakat” peyvəndi vurdurub və özünü çox yaxşı hiss edir. Qeyd edək ki, İranın milli peyvəndi əhaliyə iyunun 14-dən vurulur. Bu peyvənd Məhşəd alimlərinin səyi nəticəsində meydana gəlib. Preparat kliniki testdən keçirilib və səmərəli olduğu müəyyənləşib.

İranın Səhiyyə Nazirliyinin yaydığı digər xəbərə görə, avqustun 8-də İranda 39 min 616 nəfər virusa yoluxub, 542 nəfər isə ölüb. Göründüyü kimi, İranda yoluxaraq ölənlərin sayında artım müşahidə edilir. Ölkədə yoluxanların ümumi sayı 5 milyona yaxınlaşır. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 3 milyon 539 min 35 nəfər sağalaraq evə buraxılıb. pizza hut

İran mətbuatı yazır ki, yeni Prezident İbrahim Rəisi rəhbərlik edəcəyi kabinetin ilk iclasında COVID-19 virusu ilə mübarizə tədbirlərinin müzakirəsinə geniş yer ayıracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!