“İranla bağlı “İks günü“nə hazırlaşırlar...“ - İranlı analitikdən proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“İranla bağlı “İks günü“nə hazırlaşırlar...“ - İranlı analitikdən proqnoz

Dünya

09 Oktyabr 2021 10:35 13415


"Rusiyaya güvənmə bizim üçün tam zərərlə tamamlandı". Yenisabah.az "Diplomacy"-yə istinadla xəbər verir ki, bunu iranlı siyasi analitik Sadeq Mələki bildirib.

O, İranla Azərbaycan Respublikası arasında son zamanlar yaşanan gərginliyindən söz açarkən qeyd edib:

"Sovet İttifaqının dağılması zamanı Moskvanın qapılarından Bakıya girdik, Qafqazdakı mürəkkəb, çoxqatlı tənlikləri və oyunları başa düşmədik və buna uyğun siyasət aparmadıq. Türkiyə isə Qafqazda və Orta Asiyada bir neçə siyasət növü yürüdürdü. Azərbaycanda türkçülüyə güvənərək, Gürcüstanda iqtisadi yanaşma ilə, Orta Asiyada siyasi panislam, pantürkizm və iqtisadi yanaşmanın birləşməsini tətbiq etdi və bununla Qafqazdakı güc tənliklərini başa düşdü, onlara uyğun hərəkət etdi. pizza hut

Azərbaycanla münasibətlərimizə gəlincə, hazırkı vəziyyəti bu günün və dünənin nəticəsi deyil. İki ölkə arasında onilliklərlə davam edən əlaqələrin və fəaliyyətin məhsuludur. Rusiyaya güvənərək ABŞ-la düşmənçilik edərək bütün sərhədləri təhdid edilən bir ölkəyə çevrildik.

Tehranla Təl-Əviv arasında düşmənçiliyin davam etməsi ilə İsrailin İrana qarşı istənilən böhranda iştirakı təbii hal alıb. Bu, İranla Azərbaycan arasındakı gərginlikdə də olacaq. Əlbəttə, bəzi İran rəsmiləri İsrailin coğrafi xəritədən yox olması məsələsini qaldıranda bu rejim sərhədlərimiz boyunca gücünü də göstərir.

Məsələ burasındadır ki, İslam ölkələrində bir insanı məhv etmək istədikdə ona və ya əcdadlarına "yəhudi" damğası vururlar. Bu gün də səhvlərimizi artırmaq üçün İsrailin Azərbaycandakı varlığını şişirtməliyik?! "İsraillin mövcudluğu və münasibətlər suverenlik məsələsidir və üçüncü ölkə buna etiraz edə bilməz". Rusiya və ABŞ-la Tel-Əvivin ən mühüm strateji müttəfiqidir və biz Suriyada ABŞ-dan zərər görməyimizə əlavə olaraq, müqavimət mövqelərini bombalayan ruslardan da az zərər görmədik.

Qafqaza gəldikdə, Moskvanın tənliyin ən əhəmiyyətli determinantı olduğunu nəzərə alsaq, İsrailin iştirakı Rusiya ilə əlaqələndirilmə olmdan mümkün deyil".

Daha sonra Sadeq Mələki bildirib: "Türkiyənin qapalı ideoloji siyasəti yoxdur, şərtlərə və imkanlarına uyğun olaraq öz siyasəti və maraqlarını həyata keçirir. NATO üzvü ikən Ankara Moskva ilə "nərd oynayır" və S-400 alarkən Ukrayna ilə bağlı tanınmayan Krım işində Qərbin tərəfini tutur. Rusiya isə Ankaranın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır.

İranla əlaqədar olaraq, Ankara İran-İraq savaşından ən çox faydalandığı kimi, nüvə məsələsində də ölkə müxtəlif ölçülərdə ən çox fayda görüb. Eyni zamanda, Türkiyə İranı ən yaxşı vəziyyətdə rəqib hesab edir və Ankara pantürkizmi qızışdırmaqda əsas amil olub. Ankaranın Qafqazda olması, öz maraqlarını təmin etməklə yanaşı, İranın bu coğrafiyadakı mövqeyini yox edir və ya zəiflədir.

Buna baxmayaraq, Tehran və Ankara üçün coğrafi məcburi tələblər, yaxşı münasibətlərə olan ehtiyac siyasətçilərin diqqət etməli və gücləndirməli olduğu məcburiyyət halıdır.

Türkiyə ilə Pakistanın İran sərhədindəki divarı və ya hasarları dostluq əlaməti deyildi və deyil. Bu iki ölkə, ABŞ -la problemləri ucbatından İranda baş verə biləcək inkişafları nəzərdən keçirir və bu cür hərəkətləri ilə "İks günü"nə hazırlaşırlar. Türkiyədə bəzi şəxslər açıq şəkildə İran Azərbaycanına ümid bəsləyirlər, halbuki İran Azərbaycanı və azərbaycanlılar kimlik komponentini seçərkən türkçülüyə deyil, şiə məzhəbnə dayaqlanıblar. Bu seçim İran-Osmanlı dövründə ən çətin nöqtəsi olub və hələ də öz funksiyasını yerinə yetirir.

Başqa sözlə, Tehranla Ankara arasında mümkün böhranda azərbaycanlılar Türkiyə ilə qarşıdurmada üçün ən əhəmiyyətli maneə olacaq.

Diqqət edin, bəzi qonşularının İran əleyhinə çıxışları, İranla müqayisədə imkanlarının azlığına baxmayaraq, böyük ölçüdə İran-ABŞ probleminə dayaqlanır. Əmin olun ki, "nüvə sazişi" yenidən qüvvəyə minərsə, Tehranla Vaşinqton arasında normallaşma prosesi baş verərsə, İranın qonşularının davranışları dəyişəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!