İranla sərhəddə koronavirus səfərbərliyi: Nəzarət gücləndirildi

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddə koronavirus səfərbərliyi: Nəzarət gücləndirildi

Rəsmi

22 Fevral 2020 15:03 1306


Son vaxtlar Çində aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İranda da müşahidə olunan koronovirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib. Gömrük Komitəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, İrandan ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər. Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!