İranlı analitik: “Çıxış yolu – atom bombasının yaradılmasıdır”

saytların hazırlanması

Evə çatdırılma

İranlı analitik: “Çıxış yolu – atom bombasının yaradılmasıdır”

Dünya

26 Fevral 2026 11:59 257


"ABŞ və İran razılığa gələ bilməyəcəklər, çünki ABŞ razılığa gəlmək istəmir".

"Yeni Sabah" xəbər verir ki, bunu "X" hesabında tanınmış iranlı jurnalist və siyasi analitik Fereşte Sadeqi bildirib.

O, paylaşımında yazıb: Sezar pizza

"Şəxsi proqnoz (bəlkə də səhvdir):

ABŞ və İran razılığa gələ bilməyəcəklər, çünki ABŞ razılığa gəlmək istəmir.

Əgər ABŞ razılığa gəlmək istəsəydi, İrana və onun neft ixrac donanmasına qarşı sanksiyaları yenidən tətbiq etməzdi.

ABŞ İranı qazandakı qurbağa kimi qaynadır. İranın qazandan çıxmasının yeganə yolu tullanmaqdır".

İzləyicilərdən biri bu tullanışın necə həyata keçirilməli olduğunu soruşub. Fereşte Sadeqinin cavabı qısa və aydın cavabı budur: "Bomba", yəni atom silahı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!