İranlı deputat: 6 aya nüvə silahı hazırlaya bilərik

saytların hazırlanması

Evə çatdırılma

İranlı deputat: 6 aya nüvə silahı hazırlaya bilərik

Dünya

12 Oktyabr 2024 12:35 766


6 aydan da az müddətdə nüvə silahının hazırlanmasına nail ola bilərik.

Yenisabah.az Didban Iran-a istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Məhəmməd Mənan Rəisi deyib.

O, 40 millət vəkilinin Ali Milli Təhlükəsizlik Şurasına məktub yazaraq ölkənin nüvə doktrinasının dəyişdirilməsini tələbini xatırladıb: Dördpendirli pizza

"Zaman və məkan şərtlərini nəzərə alaraq, ikinci dərəcəli hökmləri nəzərdən keçirmək olar. Bu, Ayətullah Xamnəinin nüvə silahı istehsalı qadağasına dair fiqh hökmünə də şamildir. Biz sionist rejim (İsrail - red.) kimi qaniçən qurdla üz-üzəyik və bu vəziyyətdə sağlam düşüncə diktə edir ki, çəkindirmə qabiliyyətimizi artıra biləcək hər cür vasitəyə əl ataq. Maksimum çəkindirməyə nail olmaq üçün nüvə doktrinasını dəyişməkdən başqa seçimimiz yoxdur. Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənsə, 6 aydan da az müddətdə nüvə silahının hazırlanmasına nail olacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!