İran parlamentinin (İslam Şurası Məclisi) üzvü Abbas Biqdeliyə sui-qəsd edilib.
"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, hadisə Qəzvin əyalətində olub.
Motosikletdə olan naməlum şəxslər tüfənglə deputat Abbas Beyqdelinin avtomobili atəşə tutublar. Onlar dərhal hadisə yerini tərk ediblər. Sezar pizza
Hadisə nəticəsində xəsarət alan olmayıb, onu törədən şəxslər artıq saxlanılıb.
A. Biqdeli Məclisin Kənd Təsərrüfatı, Su, Təbii Sərvətlər və Ətraf Mühit Komissiyasının üzvü və Heyvandarlıq Müəssisələrinin Araşdırma Şurasının rəhbəridir.
Telegram kanalımız