İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maleki Azərbaycan Respublikasının ünvanına əsassız ittihamlar səsləndirib.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, o, Britaniya və İsrail şirkətlərinin guya Xəzər dənizini ciddi şəkildə çirkləndirdiyuini iddia edib.
“İran prezidenti COP29-da şəxsən iştirak etməli idi, lakin sionist rejim (İsrail - red.) rəsmisinin iştirakına görə tədbirə getmədi”, - deyə parlamentari xatırladıb. pizza hut
O qeyd edib ki, "Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib". Malekinin sözlərinə görə, "bu, mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna ziddir":
“Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Bir daha məsələni ciddi nəzarət edəcəyik”.
Telegram kanalımız