İranlı müşaviri Suriya generalı öldürüb?

saytların hazırlanması

Evə çatdırılma

İranlı müşaviri Suriya generalı öldürüb?

Dünya

24 Dekabr 2024 11:08 369


Onu amerikalıların casusu olan bir sızmaçı öldürüb.

Yenisabah.az Entekhab-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Korpusunun ("Sepah") rəsmisi Məhəmməd Cəfər Əsədi deyib.

O, türkiyəli jurnalist Yakup Arslanın iddiasına münasibət bildirib. pizza hut

Xatırladaq ki, qəzetçi Suriyada öldürülən iranlı hərbi müşavir Kəyumərs Purhaşemini Suriya ordusu generalının qətlə yetirdiyini iddia edib.

"Bu sözlər İsrailin İran və Suriya ordusu, habelə Bəşər Əsəd arasında problem yaratmaq istəyindən irəli gəlir", - deyə general Əsədi vurğulayıb.

Onun sözlərinə görə, Purhaşemini silahlı müxalifətin Hələbə hücumundan bir neçə saat əvvəl “amerikalıların casusu  olan bir sızmaçı” öldürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!