İranlı nazir Astana formatının gələcəyindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir Astana formatının gələcəyindən danışdı

Dünya

09 Dekabr 2024 16:09 357


Suriyadakı vəziyyət Suriya nizamlanması üzrə Astana formatı (Rusiya, İran və Türkiyənin iştirakı ilə) çərçivəsində növbəti addımları müəyyən edəcək.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

Suriyada vəziyyətlə bağlı İran parlamentariləri ilə görüş barədə danışarkən o qeyd edib ki, Astana formatının gələcəkdə davam etdirilməsi Suriyadakı hadisələrdən və zəmanətçi ölkələrin qərarlarından asılı olacaq. pizza sifarişi

Suriya müxalifət qruplarının Astana formatı çərçivəsində növbəti görüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala A.Əraqçi cavab verib ki, bu formata yalnız İran, Rusiya və Türkiyə daxildir. Suriya hökuməti və ərəb ölkələri heç vaxt bu danışıqlarda iştirak etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!