İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni Türkiyəyə səfəri çərçivəsində Ədalət və İnkişaf Partiyasının (AKP) funksioneri Numan Kurtulmuş ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfirliyi sosial şəbəkə hesabı ilə məlumat yayıb.
Görüşdə Tehranın Ankaradakı səfiri də iştirak edib. Dominos pizza
"Ədalət və İnkişaf Partiyasının funksioneri (genel başkan vekili) Numan Kurtulmuş İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni və onu müşayiət edən heyətlə görüşüb", - deyə məlumatda qeyd olunub.
Ədalət və İnkişaf Partiyasının qərargahında baş tutan görüşdə İran ilə Türkiyə arasında siyasi, ticarət və mədəni əlaqələr, habelə Əfqanıstanda sabitliyin təmin edilməsi və bölgə ölkələri arasında əməkdaşlıq kimi məsələlər müzakirə edilib.
Telegram kanalımız