İrəvan çox təhlükəli oyun oynayır - MM-də müzakirə 

saytların hazırlanması

Evə çatdırılma

İrəvan çox təhlükəli oyun oynayır - MM-də müzakirə 

Siyasət

25 İyun 2024 12:01 490


Fransanın simasında Qərb Cənubi Qafqazda təhlükəli siyasət həyata keçirir. 

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib. 

O qeyd edib ki, Fransanın Ermənistana özüyeriyən artilleriya qurğuları verməsi bunun bariz nümunəsidir:  pizza sifarişi

“Bu planların arxasında çirkin niyyətlər var. Azərbaycanla Ermənistan arasında sülh prosesinə bu, sarsıdıcı zərbədir. Əslində Ermənistanın da sülhlə bağlı yanaşmaları səmimi deyil”. 

Deputat bildirib ki, ilk dəfə olaraq Cənubi Qafqazda təhlükəsizlik sistemi qurula bilər: 

“Bu sistemin müəllifi isə Azərbaycan Prezidentidir. Amma bəzi qüvvələr Ermənistana hücum silahları verməklə regionda gərginliyin artmasına çalışır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!