İrəvan heyvanxanasında küçə itləri kenquruları yedilər

saytların hazırlanması

Evə çatdırılma

İrəvan heyvanxanasında küçə itləri kenquruları yedilər

Rəsmi

06 Fevral 2020 04:32 1189


Axır zamanlar İrəvan heyvanxanasının sakinləri sürətlə ölməyə başlayıb.

“Sputnik- Ermənistan” xəbər verir ki, çərşənbə günü heyvanxanada yaşayan dəvələrdən biri ölüb.

Ölən dəvədə vərəm izləri aşkar edilib. Bu səbəbdən heyvanxana bağlanacaq. Dördpendirli pizza

Ölmüş dəvə ilə bir qəfəsdə başqa dəvə və Türkmənistan qulanı yaşayırdı.

Heyvanxananın direktorunun müavini Valya Marqaryanın sözlərinə görə, onlar ciddi nəzarət altındadırlar.

Qeyd etmək lazımdır ki, 2018-ci ildən heyvanxana qalmaqalların mərkəzindədir.

Həmin il gözlənilmədən heyvanxanadakı zebra,  ayı, timsah, bezoar keçisi və pələng ölmüşdü.

2019-cu ilin aprelin 29-da Binqo adlı digər pələngin cansız leşi aşkar edilmişdi.

Ötən ilin oktyabrın 31 və dekabrın 1 ac küçə itləri heyvanxanada yaşayan üç kenqurunu və üç muflonu yemişdilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!