Ermənistan Futbol Federasiyası (EFF) və "Pünik" futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində İrəvanda keçirilmiş matçda Azərbaycana qarşı törədilmiş təxribatla bağlı birgə bəyanat yayıb.
Yenisabah.az xəbər verir ki, bəyanatda qarşı tərəf UEFA-dan gələcək mümkün sanksiyalardan sığortalnmağa çalışb:
"Son vaxtlar Ermənistanda keçirilən beynəlxalq oyunlar zamanı futbol matçlarına və ümumilikdə idmana yaraşmayan hadisələr baş verir ki, bu da Ermənistan futbolu üçün ən ağır nəticələr verə bilər. Onlarla vətəndaş, əsasən də yeniyetmələr tribunalarda dava salır, o cümlədən siyasi aksiyalar həyata keçirirlər”. pizza
Bəyanatda plakatları stadiona buraxan təhlükəsizlik əməkdaşlarının səhvə yol verdiyi və onlarla iş aparıldığı bildirilir. Həmçinin, hər iki qurum futbol ictimaiyyətinin, o cümlədən medianın dəstəyi olmadan stadiondakı çoxlu sayda mühafizəçinin bu kimi halların qarşısını ala bilməyəcəyini acı da olsa etiraf edib.
"Ermənistanda yeganə yüksək Avropa standartlarına cavab verən Respublika stadionu diskvalifikasiya edilə bilər. İstər Ermənistan millisi, istərsə də klublarımız ev oyunlarını başqa ölkələrdə neytral meydanlarda keçirməli olacaqlar”, – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, 9 avqustda keçirilmiş "Pünik" – "Srvena Zvezda" (Serbiya) matçında erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış plakatlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış plakatı göstərib.
Telegram kanalımız