İrəvanda yenə ara qarışdı: Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda yenə ara qarışdı: Saxlanılanlar var

Rəsmi

28 Noyabr 2023 00:46 1674


Ermənistan polisi paytaxt İrəvanın mərkəzi küçələrində aksiya keçirən “Zanq” hərəkatının üzvlərini səkidə maarifləndirmə yürüşü keçirmədiklərini əsas gətirərək saxlayıb, həm kişilərə, həm də qadınlara qarşı zorakılıq tətbiq edilib.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Hərəkat iştirakçıları artıq üçüncü gündür, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirir, “Respublika” meydanında çadır qurmağa çalışırlar. pizza

Qeyd edilir ki, ötən günlərdə təşkil olunan aksiyalar zamanı polis Saryan küçəsində yürüş keçirən 6 etirazçını saxlayıb. Polis etirazçıların “Respublika” meydanında yerləşdirməyə çalışdıqları çadırı da müsadirə edib.

“Zanq” bəyanat yayaraq, polis əməkdaşlarının kobudluqla və güc tətbiq etdiyini, səsucaldanları hərəkat üzvlərinin əllərindən aldıqlarını pisləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!