Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak Maltada görüşüblər.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.
Yermak baş nazirin xanımı Anna Akopyanın sentyabrın əvvəlində Kiyevdə keçirilən Birinci Xanımlar və Cənablar Sammitində iştirakına, eləcə də ukraynalı məktəblilərə humanitar yardım göstərdiyinə görə minnətdarlığını bildirib. pizza mizza
Prezidentin aparat rəhbəri Ukrayna tərəfinin Ermənistanla əməkdaşlığı gücləndirmək, xüsusən də Avropaya inteqrasiya məsələlərində sadiqliyini təsdiqləyib.
Telegram kanalımız