"Heyət Təhrir əl-Şam" (HTŞ) terror qruplaşmasının Suriyaya hücumda yüksək texnologiyalı silahlardan istifadə etməsi Amerika tərəfinin hücuma məqsədyönlü dəstəyini açıq şəkildə göstərir.
Yenisabah.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
O, Suriya böhranı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib: “HTŞ əməliyyatının miqyası və mürəkkəbliyi, qabaqcıl silahlar və pilotsuz təyyarələrdən istifadə etməklə terrorizmi siyasi gündəminin alətinə çevirən ABŞ-ın [hücuma] qəsdən dəstəyini vurğulayır”. Pepperoni pizza
Diplomat əlavə edib ki, Suriyadakı münaqişənin alovlanmasına görə məsul olan ölkələr “öz hərəkətlərinə və Suriya xalqı üçün dağıdıcı nəticələrə görə cavabdeh olmalıdırlar”.
Telegram kanalımız