Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib ki, ölkədə konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasının dəyişəcəyi (Azərbaycana ərazi iddialarının ləğv ediləcəyi) təqdirdə imzalana biləcəyini elan edib.
Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri olacaq və artıq pərdəarxası hazırlıq başlayıb: pizza hut
“Mümkündür ki, məhz bundan sonra konstitusiya islahatları ilə bağlı referenduma hazırlıq getsin. Amma bu prosesin 2027-ci ilə qədər saxlanılması məqbul deyil. Aydın məsələdir ki, Ermənistan bu yolla sadəcə vaxt qazanır. Yəni İrəvan öz maraqları naminə manevr edib, oyun oynayır. Üstəlik Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı məsələsi də var.
Hesab edirəm, Ermənistan vaxtı uzatmaq üçün bu yola əl atır və Azərbaycanın təkliflərini fərqli şəkildə təqdim etmək istəyir. Yəni erməni iqtidarı hazırda Bakının təkliflərini yerinə yetirməkdənsə Paşinyanın hakimiyyətdə qalması üçün parlament seçkilərinə hazırlaşır”.
Telegram kanalımız