Azərbaycan təmsilçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Karate1 Premyer Liqa turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Yenisabah.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada misirli olimpiya çempionu Feryal Əbdüləzizlə üz-üzə gələcək.
Azərbaycanın 60 kq-dakı digər karateçiləri Əminağa Quliyev və Sultan Hüseynov bürünc medal görüşündə bir-birilərinə rəqib olub. Dominos pizza
Qeyd edək ki, turnirdə 48 ölkədən 238 karateçi qüvvəsini sınayacaq. Yarışın növbəti mərhələsi 2 - 4 sentyabrda Bakıda olacaq.
Telegram kanalımız