İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

İrina Zaretska qızıl, Turqut Həsənov bürünc medal qazandı

İdman

20 Fevral 2022 18:15 686


Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

Yenisabah.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Onunla eyni çəkidə yer alan Pənah Abdullayev və 67 kq-da Tural Ağalarzadə, həmçinin kata növündə Roman Heydərov 3-cü yer uğrunda qarşılaşmada uduzaraq, medal şanslarını əldən veriblər. pizza sifarişi

Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!