İrqçi şüarlara görə meydanı göz yaşları içində tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

İrqçi şüarlara görə meydanı göz yaşları içində tərk etdi

İdman

05 Yanvar 2023 15:54 992


“Leççe”nin müdafiəçisi Samuel Umtiti İtaliya A Seriyasının 16-cı turunda “Latsio” ilə oyundan (2:1) sonra Roma klubunun azarkeşlərinin ona qarşı irqçi şüarlar səsləndirməsinə görə “Via Del Mare” meydanını göz yaşları içində tərk edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. Umtiti matç ərzində qonaq azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb. 

Stadionun diktoru fransız müdafiəçiyə qışqırmağı dayandırmağı tələb etdiyi üçün görüş hətta bir müddət dayandırılıb. Matçın sonunda “Leççe” azarkeşləri “Umtiti!” şüarları səsləndirərək oyunçuya dəstək olublar.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!