İrqçiliklə bağlı FİFA-dan sərt qərar: 10 matçlıq cəza

saytların hazırlanması

Evə çatdırılma

İrqçiliklə bağlı FİFA-dan sərt qərar: 10 matçlıq cəza

İdman

12 İyul 2019 13:44 921


FİFA irçiliklə bağlı sərtləşdirilmiş qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, bundan sonra oyunlar zamanı futbolçunun irqçilik davranışları müşahidə edilərsə, həmin oyunçu 10 matçlıq cəza alacaq. Azarkeşlər irqçiliyə yol verdikləri halda isə, onları azarkeşlik etdiyi klub cəzalandıracaq. Bunun üçün əvvəlcə, klub stadionunun tribunasının bir qisminin qapadılması və 20 min İsveçrə frankı məbləğində cəza nəzərdə tutulur. Hakim ayrı-ayrı vaxtlarda irqçiliyə və diskriminasiyaya görə oyunu dayandırarsa, bu halda matç ləğv ediləcək.

Qeyd edək ki, müqavilə ilə "Arsenal"a məxsus olan və hazırda "Bohum"da çıxış edən Corci Osei-Tutu "Sankt-Qallen"lə yoxlama oyunu zamanı irqçiliyə məruz qalıb. Rəqib komandanın tunisli müdafiəçisi Sliman Kşuk 20 yaşlı Qana əsilli ingilis futbolçunu təhqir edib. Futbolçu bu zaman göz yaşlarını saxlaya bilməyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!