İsa Həbibbəyli alimlərin iclasda yatması xəbərindən   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyli alimlərin iclasda yatması xəbərindən DANIŞDI

Siyasət

25 Fevral 2026 21:41 17801


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda diqqət çəkən məqamlardan biri elmi müzakirələrin aparıldığı vaxt bəzi alimlərin mürgüləməsi ilə bağlı yayılan görüntülər olub. Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, Manset.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb. O, elm adamlarının iclas zamanı yuxuya getməsi ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışıb:

"Mən kimlərinsə yatdığını görməmişəm. Belə bir halın şahidi olmamışam. İclas yüksək səviyyədə keçirildi, qarşıda qoyulan məqsədlərə cavab verdi və yekunlaşdırıldı. Belə xırda məsələlərlə işimizə kölgə salmaq doğru deyil". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cəlal
    Özü inandı öz dediyinə, yada başa düşdü öz dediyini?. Çünkü biz bu adamı başa düşə bilmirik
    3 months ago