İşdən qovulan məşqçilər - Kim nə qədər təzminat alıb?

saytların hazırlanması

Evə çatdırılma

İşdən qovulan məşqçilər - Kim nə qədər təzminat alıb?

İdman

11 Noyabr 2021 14:03 710


Britaniyanın “The Sun” nəşri müxtəlif illərdə baş məşqçi vəzifəsindən qovulduqlarına görə ən çox təzminat alan mütəxəssislərin siyahısını tərtib edib.

Yenisabah.az xəbər verir ki, bu günlərdə “Barselona”dan istefaya göndərilən Ronald Kuman ilk 10-luğa daxil ola bilib. O, vaxtından əvvəl istefaya göndərildiyi üçün Kataloniya təmsilçisindən 11,7 milyon avro təzminat alacaq.

Reytinqə isə italiyalı Antonio Konte başçılıq edir. pizza hut

1.     Antonio Konte – “Çelsi”, 30,6 milyon avro 

2.     Joze Mourinyo – “Mançester Yunayted”, 22,9 milyon avro (2018-ci il)

3.     Joze Mourinyo – “Çelsi”, 21 milyon avro  (2007-ci il)

4.     Loran Blan – PSJ, 19,8 milyon avro 

5.     Luis Felipe Skolari – “Çelsi”, 15,9 milyon avro

6.     Fabio Kapello – Rusiya Futbol İttifaqı, 15,6 milyon avro

7.    Maurisio Poçettuno – “Tottenhem”, 14,6 milyon avro

8.     Andre-Villaş-Boaş - “Çelsi”, 14 milyon avro

9.     Roberto di Matteo - “Çelsi”, 12,5 milyon avro

10.    Ronald Kuman - “Barselona”, 11,7 milyon avro

Beləliklə, siyahıdan da göründüyü kimi, son 14 ildə baş məşqçiləri istefaya göndərdiyinə görə onlara ən çox (5 dəfə) təzminat ödəyən klub “Çelsi” olub. (Qol.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!