İsfəndiyar: “Avtomobillərimin sayını bilmirəm”

saytların hazırlanması

Evə çatdırılma

İsfəndiyar: “Avtomobillərimin sayını bilmirəm”

Kriminal

03 Sentyabr 2025 11:26 671


“Üzərinə həbs qoyulan avtomobillərimin sayını bilmirəm. Çoxdur, 12-13 maşın var. Onların dəyəri isə qəbul edilən borc qərarından dörd-beş dəfə çoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

O, bu hadisənin bir müddət öncə “Mənə imkan versələr, bütün məscidləri söküb, yerində məktəb tikərdim” sözlərinə görə başına gəldiyini deyənlərə isə belə cavab verib: “Kim nə deyir, hərənin öz fikri var. Hamının fikrinə hörmətlə yanaşıram. Həyatda hər şey ola bilər…” Dominos pizza

Qeyd: İcra məmuru İsfəndiyar Axundovun 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib. Onun açıqlamasından isə belə nəticə çıxır ki, avtomobillərinin dəyəri 2 milyon 410 min edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!