İşıq dirəyinə çıxaraq intihar etmək istədi, son anda... 

saytların hazırlanması

Evə çatdırılma

İşıq dirəyinə çıxaraq intihar etmək istədi, son anda... 

Hadisə

27 İyul 2023 09:18 815


Kürdəmir rayonunda intihara cəhdin qarşısı alınıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a bildirilib ki, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb. 

Belə ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.  Pepperoni pizza

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub. 

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!