İslamiada: Azərbaycan güləşçiləri növbəti medalları qazandılar

saytların hazırlanması

Evə çatdırılma

İslamiada: Azərbaycan güləşçiləri növbəti medalları qazandılar

İdman

12 Avqust 2022 21:02 1272


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçilərinin uğurlu çıxışı davam edir.

Yenisabah.az xəbər verir ki, yunan-Roma güləşçisi Eldəniz Əzizli 55 kq çəki dərəcəsində həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevi 10:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Digər yunan-Roma güləşçimiz Ülvi Qənizadə isə 72 kq çəki dərəcəsində rəqibi finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub. Pepperoni pizza

65 kq-da çıxış edən qadın güləşçimiz Elis Manolova da gümüş medalla kifayətlənib. O, həlledici görüşdə qazaxıstanlı Yelena Şaligina ilə bacarmayıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. 

Digər güləşçimiz Elnurə Məmmədova isə İslamiadanın bürünc medalını qazanıb.

55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!