İslamiada: Azərbaycanın qadın həndbol yığması finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

İslamiada: Azərbaycanın qadın həndbol yığması finala yüksəldi

İdman

13 Avqust 2022 15:44 958


Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.

Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib - 40:27. Dominos pizza

İkinci hissədə Özbəkistan yığmasının həndbolçularından biri komanda yoldaşı ilə toqquşma nəticəsində üz nahiyəsindən ağır zədə alıb. Həkimlər ilkin tibbi müayinə göstərdikdən sonra onu meydandan xərəklə çıxararaq, təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib - 34:23.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!