İsmayıl Haniyənin ölümündə İranın da əli var? –   ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

İsmayıl Haniyənin ölümündə İranın da əli var? – ŞOK İDDİA

Siyasət

31 İyul 2024 11:58 1589


“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. 61 yaşlı Haniyə 18 ildir ki, “HƏMAS” təşkilatına rəhbərlik edirdi. Onun mühafizəçisi ilə birlikdə  İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin iqamətgahına endirdiyi zərbə nəticəsində öldürüldüyü bildirilir. Rəsmi Tel-Əviv hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməsə də, bütün gözlər faktiki İsrailin üzərindədir. 

Bəs görəsən, bu hadisə Yaxın Şərqdə çoxdan gözlənilən fars-yəhudi münaqişəsinə çevrilə bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev hadisənin törədilməsinin birbaşa İran və İsrail münasibətlərini gərginləşdirməyə hesablandığını bildirib: Marqarita pizza

“Hələki İsrail tərəfi bu hücumla bağlı məsuliyyəti rəsmi olaraq öz üzərinə götürməyib. Amma onlar hadisəyə münasibət bildirərkən Haniyənin öldürülməsinin çoxdan lazım olduğunu qeyd etdilər. Əgər İsrail Tehranda İsmayıl Haniyənin iqamətgahına hücum edirsə və digərlərinə heç bir hücum olmursa, onda belə çıxır ki, bu hadisədən İranın təhlükəsizlik orqanlarının xəbəri var və yaxud birgə əməliyyatdır. Burada İsraillə İranın münasibətlərini gərginləşdirmək istəyən qüvvələr var”. 

Politoloq hətta hücumda İranın özünün belə əlinin ola biləcəyini istisna etməyib:

“Əgər hücumu həqiqətən İsrail edibsə, deməli “MOSSAD” o qədər güclüdür ki, istədiyi yerdə istədiyi hərəkəti edə bilər. Halbuki eyni formada İranın “Əl-Qüdsi” deyilən təşkilatı var ki, dünyanın istənilən yerində istənilən şəxsi öldürə bilirlər. Deməli, “MOSSAD” həmin “Əl-Qüdsi”dən də güclüdür. 

Bundan başqa Fələstinin indiyə qədər birləşməməsinin əsas səbəbkarı “HƏMAS”dır. İsmayıl Haniyə təşkilatın lideri olduqdan sonra, Qəzza tamamilə Şərqi Fələstindən ayrıldı. Bu günə qədər də “HƏMAS”ı İran idarə edirdi. İran bir növ Yaxın və Orta Şərqi ələ keçirib. Farslar “HƏMAS” vasitəsi ilə Fələstini, “Hizbullah” vasitəsi ilə Livanı və Suriyanı, husilərin əli ilə Yəməni faktiki işğal edib. Bu isə İsrail başda olmaqla, bir sıra ölkələrə sərf etmir. 

Adətən bizdə hadisənin görünən tərəfinə baxırlar, amma görünməyən tərəfi də var. Çünki bu hadisə təkcə İran-İsrail münasibətlərinin pozulmasına deyil, başqa məqsədlərə xidmət edir. Bu həm də onu göstərir ki, İran bu işlərdə maraqlıdır. Tehranın mərkəzində, ölkə prezidentinin andiçmə mərasimində iştirak edən bir adamın öldürülməsi çox təhlükəli bir tendensiyasdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!