İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb.
31-BB-410 dövlət nömrə nişanlı "VAZ 2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Dördpendirli pizza
Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız