İsmayıllıda “avtoş“a 20 sutka həbs

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda “avtoş“a 20 sutka həbs

Kriminal

09 Aprel 2022 13:32 553


İsmayıllıda ictimai asayişi və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücü saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon sakini Səbuhi Qəniyev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Saxlanıldıqdan sonra o, polis şöbəsinə gətirilib.

S. Qəniyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə "avtoş" 20 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!