İsmayıllıda bu sürücülərlə bağlı inzibati tədbir görüldü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda bu sürücülərlə bağlı inzibati tədbir görüldü - Fotolar

Rəsmi

23 Oktyabr 2023 21:27 953


Atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, sözügedən tədbir İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə “Təmiz hava” aylığı çərçivəsində keçirilib.

Aparılan yoxlama zamanı 10-dan artıq avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Həmin avtomobillərin sürücüləri barəsində protokollar tərtib olunaraq inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!