İsmayıllıda keçmiş məhkum heroinlə tutuldu   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda keçmiş məhkum heroinlə tutuldu - FOTO

Kriminal

01 Aprel 2022 13:55 553


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı gülcü təsiredici narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşıyan, əvvəllər də eyni əməlinə görə məhkum edilmiş rayon sakini Elbrus Abdulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!