İsmayıllıda narkotik becərən şirvanlılar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda narkotik becərən şirvanlılar saxlanıldı

Kriminal

08 İyun 2022 09:37 955


İsmayıllıda polis tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, rayonun Ruşən kəndi ərazisindəki meşə massivində külli miqdarda narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Dərhal ərazi əməliyyat nəzarətinə götürülüb. Toyuqlu pizza

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan Şirvan şəhər sakinləri-Amid Cəbiyev və Anar Ərəbov elə iş başında yaxalanıblar. Əraziyə baxış keçirilən zaman 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb.

Saxlanılan dostlar ifadələrində Şirvan şəhərindən İsmayıllıya gələrək burada ötən ay narkotik tərkibli bitkiləri becərdiklərini və vaxtaşırı qulluq göstərdiklərini etiraf ediblər. Məqsədləri isə yetişdirib qurutduqdan sonra satmaq və yüksək qazanc əldə etmək olub. Ancaq onların bu “istək”ləri reallaşmayıb və hər ikisi törətdikləri əmələ görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq- əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!