İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, şikayətçi rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyevadır.
O bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. Həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib. Sezar pizza
Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.
Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız