"Real"ın əfsanəvi futbolçusu Fransisko Gento vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Gento 1953-1971-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə Avrokubok qazanıb. Toyuqlu pizza
O, həmçinin “Real” ilə 12 dəfə İspaniya çempionatının qalibi olub, 2 dəfə İspaniya kubokunu qazanıb. Gento 1960-cı ildə Qitələrarası Kubokun qalibi olub.
Ümumilikdə, Gento "Real"da 23 kubok qazanıb ki, bu da klub rekordudur.
Telegram kanalımız