İspaniya Super Kuboku   - Divlər qarşılaşır

saytların hazırlanması

Evə çatdırılma

İspaniya Super Kuboku - Divlər qarşılaşır

İdman

12 Yanvar 2022 10:59 995


Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.

Yenisabah.az xəbər verir ki, Super Kubok tarixdə ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşəcək.

İlk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq. Toyuqlu pizza

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 "El Klasiko"nun 99-da paytaxt klubu, 96-da Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.

Hazırda Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!