ABŞ hökumətində çalışan əfqanları qəbul etmək üçün İspaniyanın cənubundakı 2 hərbi bazadan istifadə ediləcək.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden və İspaniyanın Baş naziri Pedro Sançes bu barədə razılığa gəliblər.
Bayden və Sançes Sevilya yaxınlığındakı Moron de la Frontera və Kadis yaxınlığındakı Rotanın Əfqanıstandan olan qaçqınların başqa ölkələrə köçürülməsi təşkil olunana qədər qəbul edilə biləcəyi mövzusunda ümumi fikrə gəliblər. pizza
Şənbə günü axşam saatlarında Əfqanıstandan İspaniyaya 110 əfqan qaçqın və ailələri gətirilib.
Həmin baza Avropa İttifaqı ilə işləyən əfqan qaçqınları və daha sonra digər Aİ ölkələrinə köçəcək ailələrini yerləşdirmək üçün istifadə olunur.
Telegram kanalımız