İsrail Hava Qüvvələri Beyrutun cənub ətrafına hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail Hava Qüvvələri Beyrutun cənub ətrafına hücum etdi

Dünya

19 Oktyabr 2024 22:05 514


İsrail Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafına və kənarlarına, “Hizbullah”ın obyektlərinin yerləşdiyi və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Haret-Horeyk məhəlləsində azı üç güclü partlayış baş verib.

Livan paytaxtının cənub hissəsindən göyə qara tüstü qalxır. Marqarita pizza

Hava hücumu Beyrutun ətraflarında davam edir, Rafiq Hariri adına beynəlxalq hava limanının perimetri boyunca yerləşən Eş-Şueyfat qəsəbəsindən hava zərbələri barədə məlumatlar daxil olub.

Xatırladaq ki, İsrail Hava Qüvvələri son dəfə oktyabrın 16-da Beyruta hücum etmişdi. O zaman İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hücum zamanı “Hizbullah”ın yeraltı silah anbarının məhv edildiyini bildirmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!