İsrail İrana hücumları gücləndirəcək

saytların hazırlanması

Evə çatdırılma

İsrail İrana hücumları gücləndirəcək

Dünya

01 Mart 2026 22:17 560


İsrailin Baş naziri Binyamin Netanyahu yaxın gələcəkdə İrana hücumları gücləndirmək niyyətində olduğunu açıqladı və hərbi kampaniyanın davam etdirilməsi əmrini verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Netanyahu xalqa videomüraciətində bildirib.

Çəkiliş təhlükəsizlik sahəsindəki əsas şəxslərlə - müdafiə naziri, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi və Mossad rəhbəri ilə görüşdən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyinin kompleksinin damında aparılıb. pizza

"Mən kampaniyanı davam etdirmək üçün təlimat verdim. Qüvvələrimiz hazırda Tehranın mərkəzinə artan güclə zərbələr endirir və bu güc yaxın günlərdə yalnız güclənəcək", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!