“İsrail İrana zərbə endirməyə hazırdır” – Müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

“İsrail İrana zərbə endirməyə hazırdır” – Müdafiə naziri

Dünya

05 Avqust 2021 17:05 816


“İsrail İrana qarşı hərbi addımlar atmağa hazırdır”.

Yenisabah.az “Yedioth Ahronoth”a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz bildirib.

Onun sözlərinə görə, yəhudi dövləti İranın Suriya, Livan və Qəzza zolağında himayə etdiyi qüvvələrin bir çox cəbhədən hücumlarına hazır olmalıdır. “İran ölkəm, Yaxın Şərq və bütün dünya üçün təhlükədir və İsrail ona qarşı hərəkətə keçməyə hazırdır”. Sezar pizza

Müdafiə naziri qeyd edib ki, Tehran Livanda və Qəzzada qüvvələrini gücləndirir, Suriya və İraqda milislər yerləşdirir və Yəməndə tərəfdarlarının himayəsini davam etdirir. "Bir çox cəbhədə hücumların öhdəsindən gəlmək üçün qabiliyyətlərimizi inkişaf etdirməliyik, çünki bu, labüd gələcəkdir".

Benni Qantz keçən həftə Oman sahillərində İsrailə məxsus neft tankerinə dronla hücum nəticəsində 2 Britaniya və 1 rumın ekipaj üzvünün ölümündə Tehranı ittiham edib. “İsrail və Qərb hücumun arxasında məhz İranın dayandığını bildiriblər””.

“İsrail İrana qarşı hərbi addımlar atmağa hazırdırmı” sualına yəhudi dövlətinin müdafiə naziri qısa və konkret cavab verib: "Bəli".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!