İsrail Livanı bombaladı - Ölən və yaralananlar var -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İsrail Livanı bombaladı - Ölən və yaralananlar var - VİDEO

Dünya

02 Mart 2026 10:50 248


İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə qarşı yeni hücum dalğasına başladığını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, İsrail Livanın cənubunda Əl-Bazuriya qəsəbəsinə zərbələr endirib.

Zərbələr nəticəsində 31 nəfərin öldüyünü və 149 nəfərin yaralandığını bildirilib. Ölənlərdən üçdə ikisinin Livanın cənubunda olduğu açıqlanıb. Pepperoni pizza

Qeyd edək ki, gecə saatlarında Livan “Hizbullah”ı İsrail və ABŞ-la müharibəyə qoşularaq, Hayfa limanına zərbələr endirib.

Livan Baş naziri Nəvaf Salam hücumlarla bağlı verdiyi açıqlamada bildirib ki, ölkənin yeni macəralara sürüklənməsinə icazə verməyəcəklər:

“Günahkarları həbs etmək və Livan xalqını qorumaq üçün lazımi tədbirləri görəcəyik. Livandan raketlərin atılması, arxasında kimin dayanmasından asılı olmayaraq, məsuliyyətsiz və şübhəli bir addımdır. Raketlərin atılması Livanın təhlükəsizliyini təhlükəyə atır və İsrailə Livana qarşı hücumlarını davam etdirmək üçün bəhanələr verir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!