İsrail Livanla Suriyanın yolunu bağladı

saytların hazırlanması

Evə çatdırılma

İsrail Livanla Suriyanın yolunu bağladı

Dünya

04 Oktyabr 2024 21:43 700


İsrail hərbçiləri (SAXAL) Livanda Suriya ilə sərhəddə yerləşən Məsnaa keçid məntəqəsi yaxınlığında qaçqınların bombardmanlardan qaçdığı trasa zərbə endirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Livanın nəqliyyat naziri Əli Hamiyenin sözlərinə görə, son 10 gün ərzində əksəriyyəti suriyalı olmaqla, 300 minə yaxın insan bu yoldan istifadə edib. O, həmçinin qeyd edib ki, sərhəd keçidi yaxınlığındakı əraziyə zərbədən sonra eni 4 metr olan çuxur yaranıb. Toyuqlu pizza

İsrail nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı ərazinin atəşə tutulmasını "Hizbullah" təşkilatının Livana hərbi texnika daşımaq üçün sərhəd keçidindən istifadə etməsi ilə izah edir. İsrail ordusunun nümayəndəsi Aviçay Adrai "X" sosial şəbəkəsindəki hesabında İsrail ordusunun silah qaçaqmalçılığına icazə verməyəcəyini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!