İsrail və “Hizbullah” arasında atəşkəs: ABŞ elçisini Yaxın Şərqə göndərir

saytların hazırlanması

Evə çatdırılma

İsrail və “Hizbullah” arasında atəşkəs: ABŞ elçisini Yaxın Şərqə göndərir

Dünya

29 Oktyabr 2024 16:52 579


İsrail və Livanın "Hizbullah" qruplaşması arasında atəşkəslə bağlı danışıqlar inkişaf mərhələsindədir.

Yenisabah.az Ynet-ə istinadla xəbər verir ki, İsrail nizamlanma prosesində Rusiyaya xüsusi rol verir.

Bu barəfdə yüksək vəzifəli İsrail rəsmiləri məlumat yayıblar. pizza

Onların fikrincə, ABŞ-ın Livan üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn saziş üzərində işi başa çatdırmaq üçün noyabrın 5-dən, yəni hətta ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İsrail və Livana səfər edə bilər.

İsrail nəşrinin həmsöhbətləri qeyd edirlər ki, İsrail ordusunun hücumundan sonra Livanda vəziyyət kəskin şəkildə dəyişib və Beyrut Livan və Qəzza zolağındakı münaqişələri əlaqələndirməməyə razılaşıb.

Təklif olunan saziş üç komponentdən ibarətdir. Birincisi, BMT Təhlükəsizlik Şurasının 2006-cı il tarixli 1701 saylı Qətnaməsinin həyata keçirilməsi nəzərdə tutulir. Yəni "Hizbullah" qüvvələrinin Litani çayının şimalından, İsraillə sərhəddən çıxarılması, 5-dən 10 min nəfərə qədər olan Livan ordusu hissələrinin bu əraziyə yerləşdirilməsi. Livan-İsrail sərhədi, eləcə də BMT-nin müvəqqəti qüvvələrinin sülhməramlı kontingentinin gücləndirilməsi.

İkinci komponent müqaviləyə əməl olunmasına nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur.

Sənəddə "Hizbullah"ın yenidən silahlanmasının və ona hava, quru və dəniz yolu ilə silah tədarükünün qarşısını almaq üçün tədbirlər də nəzərdə tutulub.

İsrail sazişə əməl olunmasına nəzarət funksiyalarını Rusiya və bir sıra digər ölkələrə təqdim etmək istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!