İsrail və Livan razılığa gəldilər

saytların hazırlanması

Evə çatdırılma

İsrail və Livan razılığa gəldilər

Dünya

25 Noyabr 2024 23:30 731


İsrail və Livan hərbi əməliyyatları dayandırmaq üçün şərti olaraq razılığa gəliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, İsrailin hərbi-siyasi kabineti razılaşmanın şərtlərinə noyabrın 26-da baxacaq. Sazişə əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq. Bu komitə sövdələşmənin icrasına nəzarət edəcək və mümkün pozuntuların aradan qaldırılması üçün tədbirlər görəcək. Sezar pizza

ABŞ, həmçinin İsrailə Livan ərazisindən gələn təhdidlərə qarşı hərbi əməliyyatlar aparmaq üçün dəstək və zəmanət verəcək. Bu, "Hizbullah"ın sərhəd yaxınlığında hərbi mövcudluğunun bərpa edilməməsi və silah qaçaqmalçılığının qarşısının alınmasını əhatə edir.

Razılaşmaya görə, İsrail ABŞ ilə məsləhətləşmələr apardıqdan və Livan ordusunun təhlükələri aradan qaldırmadığı təqdirdə yenidən hərbi əməliyyatlara başlaya biləcək.

Tərəflər ABŞ vasitəçiliyi ilə İsrail ordusunun Livanın cənubundan çəkiləcəyi və Livan ordusunun sərhəd bölgələrində yerləşdiriləcəyi 60 günlük keçid dövrünü nəzərdə tutan atəşkəs sazişi layihəsini müzakirə edirlər. "Hizbullah" isə ağır silahlarını və birləşmələrini Litani çayının şimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!