7 İran casusu tutulub - Onlar Azərbaycan əsilli İsrail vətəndaşlarıdır

saytların hazırlanması

Evə çatdırılma

7 İran casusu tutulub - Onlar Azərbaycan əsilli İsrail vətəndaşlarıdır

Dünya

21 Oktyabr 2024 17:24 757


İsrailin Ədliyyə Nazirliyi bir neçə nəfərin İranın nəfinə casusluq ittihamı ilə həbs etdiyini bəyan edib.

Yenisabah.az Ynet-ə istinadla xəbər verir ki, İsrail polisinin yaxaladığı, həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə üzləşənlərin ümumi sayı 7 nəfərdir.

Casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir. Sezar pizza

Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə "Hizbullah"ın pilotsuz uçuş aparatının hücumu nəticəsində 4 İsrail əsgərinin öldürüldüyü “Golani” Bbiqadasının bazası var.

Casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!